Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə verən abituriyentlərin cari sayı 108788 nəfər təşkil edir.
TIME bildirir ki, abituriyentlərin ümumi sayından 93880 nəfəri ali təhsil müəsissələrinə, 83783 nəfəri isə kolleclərə sənədlərini təqdim edib.
Rus bölməsində ali təhsil müəsissələrinə daxil olmaq istəyən abituriyentlərin 9206 nəfəri, kolleclərdə oxumaq istəyən abituriyentlərin 5695 nəfəri qeyiyyatdan keçib.
Ali təhsil üzrə test imtahanına (I cəhd) qeydiyyatdan keçən abituriyentlərin 26815 nəfəri I-ci ixtisas qrupu üzrə, 21652 nəfəri II-ci ixtisas qrupu, 20903 nəfəri III-cü ixtisas qrupu üzrə, 5291 nəfəri – IV-cü ixtisas qrupu üzrə qeydiyyatdan keçib.
