Pensiya və müavinətlər nə vaxt ödəniləcək?


Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) may ayında pensiya və digər sosial ödənişlərin köçürüləcəyi vaxtı açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, DSMF tərəfindən Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə əmək pensiyalarının ödənilməsi 10 may, bölgələr üzrə əmək pensiyalarının ödənilməsi isə 16 may tarixində nəzərdə tutulub.

Xüsusi şərtlərlə əmək pensiyalarının ödənilməsi 16 may tarixində nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 133 315 nəfər olub. Onların 103 777 nəfəri yaşa, 14 738 nəfəri əlilliyə, 14 800 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.

Leave a Reply