Mərkəzi Bankın yubiley və xatirə pul nişanlarını harada və neçəyə almaq olar?

Azərbaycan Mərkəzi Bankı satışda olan yubiley və xatirə pul nişanlarının qiymətlərinin açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən fiziki şəxslər Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”nə daxil olaraq (coin.e-cbar.az/home) real vaxt rejimində satın ala və ya həftənin II və IV günləri saat 10:00-dan 13:00-dək Mərkəzi Bankın Bakı şəhəri, Bülbül pr.27 ünvanında yerləşən inzibati binasında və ərazi idarələrində (Yevlax EM, Gəncə RM, Biləsuvar RM, Quba RM, Naxçıvan MR İdarəsi) yerləşən kassalarından əldə edə bilərlər.

Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən hüquqi şəxslər Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə daxil olaraq (contact.e-cbar.az) sifariş yarada bilərlər.

Yubiley və xatirə pul nişanlarının satış qiyməti onların Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.

Mərkəzi Bankın satışda olan yubiley və xatirə pul nişanlarının qiymətləri ilə burada tanış ola bilərsiniz.

Leave a Reply