DİM tender elan edib

DİM server otağının yanğından mühafizə sisteminin qurulmasının satın alınması üzrə açıq tender elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iddiaçılar Müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak haqqı 150 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 23 may 2023-cü il saat 12:00-dək vahid Portal vasitəsi ilə təqdim etməlidirlər:

– tenderdə iştirak haqqının ödənilməsi barədə məlumat;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (tender elanı tarixindən sonrakı tarixə alınmış arayış);

– öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında müvafiq vergi orqanından arayış (tender elanı tarixindən sonrakı tarixə alınmış arayış);

– satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən (tender elanı tarixindən sonrakı tarixə alınmış arayış);

– satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasını təsdiq edən sənədlər

  • iddiaçının nizamnaməsi (notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);
  • iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);
  • kommersiya qurumunun dövlət reyestrindən çıxarışı (notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);
  • iddiaçının rekvizitləri (iddiaçının bankı tərəfindən və ya rəsmi blankında təsdiqli təqdim edilməlidir).

– sahibkarlıq subyektinin bölgüsünə əsasən hansı kateqoriyay aid olması ilə bağlı Dövlət Statistika Komitəsindən arayış (tender elanı tarixindən sonrakı tarixə alınmış arayış);

– İddiaçı yanğından mühafizə sistemlərinin quraşdırılması, texniki xidməti və təmiri üçün müvafiq lisenziyaları (səlahiyyətli orqandan alır) təqdim etməlidir

– İddiaçı şirkətin təqdim etdiyi avadanlıqların quraşdırılmasını həyata keçirən mühəndislərin müvafiq sertifikatları olmalıdır (işçi ilə əmək münasibətini əks edən çıxarışlar əlavə edilməlidir)

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender predmeti iki və ya daha çox iddiaçı arasında bölünə bilməz.

Tender təkliflinin (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və bank zəmanətinin (tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü artıq qüvvədə olmalıdır) təqdim olunma tarixi 1 iyun 2023-cü il saat 17:00-dək.

Təkliflər 2 iyun 2023-cü il saat 12:00-da açılacaqdır.

Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən “Əsas şərtlər topIusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər vahid Portal vasitəsi ilə Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs: İlham Əliyev, telefon: 310-53-16, daxili 1704

E-mail: i.aliyev@dim.gov.az, Ünvan: AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 299.

Leave a Reply