Cüdo məşqçisi azyaşlının ölümündə şübhəli bilinir

Sumqayıt Şəhər Uşaq Xəstəxanasında 2016-cı il təvəllüdlü Fərid Bakarovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ilkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Leave a Reply