Bakıda sürücü avtomobili polislərin üzərinə sürüb – VİDEO

Bakının Nəsimi rayonunda Toyota “Prius”un sürücüsü avtomobili polislərin üzərinə sürüb.

TIME bildirir ki, sosial şəbəkələrddə yayılan məlumatlara əsasən hadisə metronun “Əcəmi” stansiyası yaxınlığında baş verib.

Avtomobili nömrəsiz idarə edən şəxs yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və daha sonra maşını polislərin üzərinə sürüb. O, həm də qəsdən maşınını DYP-yə məxsus xidməti avtomobilə vurub. Bu gün səhər saat 7:50 radələlərində paytaxtın Cəfər Xəndan Azadlıq Prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişansız Prius markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb, polisə tabesizlik göstərməklə onun qanuni saxla əmrinə tabe olmayıb və nəticədə bir neçə nəqliyyat vasitəsinə də maddi ziyan dəyib.

Şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. Əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyatı üzrə məhkəməyə təqdim edilib.

One thought on “Bakıda sürücü avtomobili polislərin üzərinə sürüb – VİDEO”

Leave a Reply