Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general–leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniyaya səfəri çərçivəsində nümayəndə heyəti Rumıniyanın Kibertəhlükəsizlik Milli Kiberdirektorluğunun rəhbəri cənab Dan Cimpean və digər rəsmilərlə görüşlər keçiriblər, gələcək mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, səfər zamanı XRİTDX-nin rəisi general–leytenant İlqar Musayev ilə Rumıniya Respublikasının Kibertəhlükəsizlik Milli Kiberdirektorluğunun rəhbəri cənab Dan Cimpean arasında tərəflərin CERT komandalarının birgə fəaliyyətinin gücləndirilməsi, kibertəhdidlərlə mübarizə, kibertəhlükəsizlik insidentləri barədə məlumat və təcrübə mübadiləsinin təşkili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.