Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında Azərbaycanda pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair niyyət protokolu imzalanıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirlik bununla bağlı “Baykar” şirkətinin Twitter paylaşımını retvit edib.
“Bu gün baş direktorumuz Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini cənab Aqil Qurbanov “Baykar” şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında pilotsuz uçuş aparat sistemlərinin birgə istehsalına dair protokol imzalayıb. Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant cənab Ramiz Tahirov da iştirak edib. Təbrik edirik”, – deyə paylaşımda qeyd edilib.
Bugün, Genel Müdürümüz @Haluk Bayraktar ve Azerbaycan Savunma Bakan Yardımcısı Sn. Aqil Qurbanov, Baykar ile Azerbaycan Savunma Bakanlığı arasında insansız hava aracı sistemleri ortak üretimi yapmak üzere iyi niyet protokolü imzaladı.
— BAYKAR (@BaykarTech) April 27, 2023
Törene Azerbaycan Savunma Bakan Yardımcısı… pic.twitter.com/WHUWRb3ZLI