Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub

Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutmuş və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edilib.

Leave a Reply