Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib

Bu gün erməni mediası Rusiyanın Qarabağda müvvəqəti yerləşdirilən rus sülhməramlılarının komandanı Andrey Volkovu geri çağıraraq onu başqa bir şəxslə əvəz etmək qərarına gəldiyini yazıb.

TIME Trend-ə istinadən bildirir ki, artıq yeni komandanın kimliyi də məlum olub.

Erməni mediası xəbər verir ki, general-polkovnik Aleksandr Lentsov Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı təyin edilib.

Qeyd edək ki, məlumatda Andrey Volkovun artıq getməyə hazırlaşdığı, yeni komandanın artıq yolda olduğu və yaxın günlərdə gələcəyi deyilir.

Leave a ReplyCancel reply