Sosial ödənişlər və yardımlar nə vaxt ödəniləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ayın müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödəniləcəyi vaxtı açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bilirir ki, Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur. 

Həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır.

Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Aprel ayının bütün ölkə üzrə pensiya ödənişləri  isə ötən həftə yekunlaşıb.

Leave a Reply