Aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
TIME rəsmi mənbəyə istinadən bilirir ki, bu il Ramazan bayramı 21, 22 apreldə qeyd olunacaq.
Baş nazir Əli Əsədovun 9 dekabr 2022-ci il tarixli qərarına əsasən, 22 aprel şənbə gününə təsadüf etdiyinə görə iş günlərinin yeri dəyişdirilir və beşgünlük iş həftəsi ilə işləyənlər üçün 24 aprel qeyri-iş günü olacaq.
Beləliklə, bayrama görə ardıcıl olaraq 4 gün (21, 22, 23, 24 aprel) qeyri-iş günüdür.