Beyləqanda qəza törədib kanala düşən avtomobilin sürücüsünün axtarışları davam edir

Beyləqanda qəza nəticəsində avtomobil kanala düşüb, sürücüsü axtarılır.

TIME rəsmi mənbəyə istinadən bilirir ki, ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.

Axtarışlar Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.

Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.

Leave a Reply