“AzstateNet”-də 148 milyon 130 min zərərli keçid bloklanıb

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə cari ilin birinci rübündə gördüyü işlərlə bağlı statistik məlumatları açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, rüb ərzində “AzstateNet” dövlət şəbəkəsində 148 milyon 130 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları, 906 min 600 zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb.

Həmçinin virus tərkibli 29 min 700 sənədin xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb.

Leave a ReplyCancel reply