Uşaq İncəsənət Festivalının ilk mərhələsinə qeydiyyat başlayıb

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ilk mərhələsinin keçirilməsinə sayılı günlər qalıb. 

Qeydiyyatdan keçmiş hər bir şəxs bu mərhələdə iştirak etmək üçün aprelin 10-dan festivalın rəsmi internet portalı olan www.uif.az saytına daxil olaraq “I Mərhələ” bölməsinə keçid etməklə qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaqla festivalda iştirakının müəyyən edilən vaxtı və məkanı haqqında məlumat ala bilər.

Gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi və iştirak məlumatlarınızın çap olunmuş formatını özünüzlə gətirməyiniz, qeyd olunan məkana vaxtından 15 dəqiqə əvvəl gəlməyiniz xahiş olunur.

Festival haqqında daha ətraflı məlumat əldə etmək üçün www.uif.az saytının “Məlumat” bölməsinə keçid edin.

Leave a ReplyCancel reply