Xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin iştirakı ilə mətbuat konfransı keçirilib.
TIME Trend-ə istinadən bildirir ki, bu barədə bu gün xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycan və Şimali Makedoniyanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcəyini deyib.
Nazir qeyd edib ki, Azərbaycan ATƏT-in prinsiplərinə sadiqlik nümayiş etdirir.
O bildirib ki, Azərbaycan Ermənistan tərəfə danışıqlar masasına qayıtması üçün çağırışlar edib: “Dekabr ayından etibarən Ermənistanın destruktiv yanaşması nəticəsində fiziki görüşlər həyata keçirilməyib”.
Nazirin sözlərinə əsasən, bir sıra hallarda Ermənistan tərəfindən normallaşma prosesinə müdaxilə cəhdlərinin heç bir əsası yoxdur və bu Azərbaycan tərəfi üçün qəbuledilməzdir.
C. Bayramov onuda qeyd edib kimi, ilkin rəylərə əsasən demək olar ki, Laçın istiqamətində Ermənistan tərəfindən törədilmiş dünənki təxribat planlaşdırılmış idi: “Ermənistan belə məsuliyyətsiz təhlükəli addımlardan çəkinməlidir. Çünki bunun nəticələri çox ağır ola bilər, necə ki, dünən oldu”, – nazir bildirib.
Nazir qeyd edib ki, ilkin rəylərə əsasən Laçın istiqamətində Ermənistan tərəfindən törədilmiş dünənki təxribat öncədən planlaşdırılmış olub.
“Ermənistan belə məsuliyyətsiz təhlükəli addımlardan çəkinməlidir. Çünki bunun nəticələri çox ağır ola bilər, necə ki, dünən oldu.
Həmin ərazidə təxribat baş verən zaman Ermənistan xüsusi təyinatlı korpusunun komandirinin və onun müavininin orada olması o deməkdir ki, təhrikçi addımlar onların əmri ilə həyata keçirilib. Bu hansısa adi hərbçinin fəaliyyəti ola bilməz”, – nazir bildirib.
C.Bayramov deyib ki, bu bir daha onu göstərir ki, bunun arxasında düşünülmüş hansısa plan var idi:
“Bu hadisələr olan ərazilərdə bərpa quruculuq işləri gedir. Məhz həmin ərazilərə yaxın bir yerdə belə bir təxribatın törədilməsi məcburi köçkünlərimizin bu ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi qəbul edilə bilər”, – XİN rəhbəri əlavə edib.
ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani öz növbəsində bildirib ki, Azərbaycan ATƏT-də önəmli rola sahibdir.
O qeyd edib ki, dayanıqlı sülh təmin olunmalıdır. Azərbaycan və xalqı buna layiqdir.
“Azərbaycanla Ermənistan arasında dioloqu təşviq edən təşəbbüsləri dəstəkləyirəm”.
B. Osmani bildirib ki, ATƏT-in Azərbaycana minatəmizləmə prosesində dəstək göstərəcəyini qeyd edib.
ATƏT-in sədri Azərbaycan və Ermənistan arasında sülhün vacib olduğunu vurğulayıb: “Dünən Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident və bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər. Azərbaycana gələn kimi Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma ilə bağlı məlumat aldım. Həlak olanların ailəsinə başsağlığı verirəm. Belə hadisələr vəziyyəti daha da gərginləşdirə bilər. Biz əlimizdəki bütün imkanları təqdim edəcəyik ki, dialoq və kommunikasiya mümkün olsun”, – deyə B.Osmani əlavə edib.