Prezident İlham Əliyevin Qazaxıstan səfəri çərçivəsində sənədlər imzalanıb

Aprelin 10-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.

“Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud və geniş tərkibdə görüşləri olub.

Geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

Daha sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Leave a Reply