Vergi daxilolmalarının həcmi 74,8% artaraq

2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 4 mlrd. 899,5 mln. manat təşkil edib.

TIME bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter hesabında yazıb.

Nazir bildirib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 2 mlrd. 618 mln. manat olub.

“Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir”, – M.Cabbarov yazıb.

Leave a Reply