Pandemiya dövründə avtobusla sərnişindaşıma 2 dəfə azalıb

Bakı Nəgliyyat Agentliyi son altı ildə sərnişindaşıma həcmində müşahidə olunan dəyişikliklərlə bağlı məlumat yayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, həyata keçirilmiş tədbirlər nəticəsində 2016-2019-cu illər ərzində sərnişindaşıma artım tempi üzrə fəaliyyət göstərib və 2019-cu ildə səyahətlərin sayı 27% artıb.

Pandemiya dövründə avtobusla sərnişindaşımalar 2 dəfə azalaraq 801 mln səyahətdən 413 mln səyahətədək azalıb. Karantin rejimi yumşaldıqca 2022-ci ildə səyahət sayı 502 mln səyahətədək artıb.

Bu səyahətlər gündəlik ortalama 2000 avtobusla həyata keçirilib. Lakin qanunsuz sərnişindaşıma miqyasının genişlənməsi avtobuslarla müntəzəm daşıma üzrə səyahət saylarının azalması ilə yanaşı, iqtisadiyyata, şəhərin müasir görünüşünə və ekologiyaya ciddi təsir göstərir. Xüsusilə önəmli olan insanların həyat və təhlükəsizliyini risk altına alır.

Leave a Reply