Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına və Respublika Narkoloji Mərkəzinə yeni baş həkim və baş direktor təyin edilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

Səhiyyə nazirinin digər üvafiq əmrinə əsasən Elşən Hümbət oğlu Mustafayev Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.
