Bakı Zooloji Parkında pələng balaları dünyaya gəlib

Yeni dünyaya gələn pələnglərin 1-i erkək, 2-si isə dişidir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, pələng balalarının çəkiləri 5.4 – 5.7 aralığındadır.

“Balalar əraziyə hələ öyrəşmədiklərinə görə, anadan ayrılmır. Qidalarını isə ana pələng öz yuvasına gətirir. Pələng balaları 4 yaşında müstəqil həyata başlayır. Yeni doğulmuş pələng balalarının gözləri və qulaqları açılmamış vəziyyətdə olur. Bu vaxtadək onlar analarının müşahidəsi altında olurlar. Yeni doğulmuş pələng balalarına hələ ki, ad verilməyib, çünki onların adlarını Siz tərəfdən seçilməsini istərdik! Balalara yaraşdırdığınız adları rəy bölməsində qeyd edin, görək ən yaxşı ad təklifi kimdən gələcək”, – Bakı Zooloji Parkı İnstaqram səhifəsində paylaşımında qeyd edilib.

Leave a ReplyCancel reply