Kosmik hava proqnozu açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının kosmik hava proqnozuna əsasən 3-5  və 10-11 aprel tarixlərində geomaqnit sahənin aktivliyi müşahidə olunacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, proqnoz günlərində Günəş fəallığının stabil olacağı gözlənilir.  C sinif alışmanın baş vermə ehtimalı 25%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3)  sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin 3-5 aprel tarixlərində yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 5 aprelə kimi fon səviyyəsində qalacağı gözlənilir.  S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

Günəş küləyi sürətinin bir neçə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən artacağı gözlənilir.

Geomaqnit sahənin aktivliyi enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Maqnit sahəsinin nizamsız həyəcanlanmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcanlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hissiyat meydana gətirə bilər.

Növbəti həftə üçün  maqnit qasırğası proqnozlaşdırılmır.

Leave a Reply