Azərbaycan “Global Soft Power Index 2023” reytinqində Milli Brand Dəyəri və Gücü ən yüksək sürətlə böyüyən Top 5 ölkə arasında 30% illik artımla üçüncü yerdə qərarlaşıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Banqladeş Milli Brand Dəyəri və Gücü ən yüksək sürətlə böyüyən Top 5 ölkə arasında birinci yeri, Özbəkistan isə ikinci yeri tutub.
Banqladeşdə milli brendlərin il ərzində 37% artımı qeydə alınıb. Banqladeş iqtisadiyyatı ən yaxşılarından biridir və “yoxsulluğun azaldılması” istiqamətində ən uğurlu iqtisadi inkişafın nümunəsi kimi Dünya Bankı tərəfindən elan edilib.

Bu reytinqə daxil olan ölkələr böyük iqtisadi imkanları, sərmayə qoymaq üçün zəngin resursları, millətin liderləri ilə seçilir.
Azərbaycan reytinqdə mövqeyini son bir ildə 20 pillə yüksəldib.
Azərbaycan reytinqdə ümumi 121 yerdən 57-ci yeri, Avropa dövlətləri arasında isə 29-cu yeri tutub.
“Global Soft Power Index 2023” reytinqinin ilk onluğuna aşağıdakı ölkələr daxildir:

ABŞ, Böyük Britaniya və Almaniya indeksin ilk üç pilləsində qərarlaşıb. Asiya ölkələri arasında Qlobal “yümşaq güc” reytinqində lider Yaponiya (ümumi reytinqdə 4-cü yer), Latın Amerikası ölkələri arasında Braziliya (31-ci yer) olub. Birləşmiş Ərəb Əmirlikləri isə 10-cu yerə yüksəlib (Yaxın Şərq və Şimali Afrika ölkələri arasında ən yüksək yer olub).
Qeyd edək ki, qlobal “yümşaq güc” indeksi ümumilikdə ölkələrin dünya arenasında iştirak, nüfuz və təsirin balanslaşdırılmış və tam qiymətləndirməsini əks etdirən geniş spektrə malik göstəriciləri özündə birləşdirir. Bunlara məşhurluq, nüfuz, təsir, “yumşaq güc”ün 8 əsas meyarı (biznes və ticarət, idarəetmə, beynəlxalq münasibətlər, mədəniyyət və irs, KİV və kommunikasiyalar, elm və təhsil, insanlar və dəyərlər, dayanıqlı gələcək) üzrə göstəricilər daxildir.
Qlobal “yumşaq güc” reytinqi brend qiymətləndirmə sahəsində konsaltinq şirkəti olan “Brand Finance” tərəfindən 121 dövlətdən ən azı 100 min nəfər respondent arasında keçirilən sorğu əsasında tərtib olunur.