Dövlət İmtahan Mərkəzi (DİM) yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Dövlət qulluğu, peşəkar mühasib və digər sertifikat imtahanları üzrə sektorunda böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
Struktur bölmənin adı: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Dövlət qulluğu, peşəkar mühasib və digər sertifikat imtahanları üzrə sektor
Vəzifənin adı: böyük məsləhətçi
Təhsilə dair tələb: İqtisadiyyat və idarəetmə ixtisasları qrupuna aid ixtisas üzrə ali təhsil
İş təcrübəsinə dair tələb: yoxdur
Qulluq funksiyaları:
- Peşəkar mühasib sertifikatı imtahanları üzrə qəbul proqramlarının hazırlanması, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasının təşkil edilməsi;
- yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlərin cəlb edilməsi;
- yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət edilməsi;
- mövcud olan test tapşırıqları banklarının mütəmadi olaraq təftişinin təşkil edilməsi;
- ixtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak edilməsi;
- test kitabçalarının məxfi şəraitdə hazırlanmasında və imtahanda istifadə olunacaq test tapşırıqlarının yekun ekspertizasında iştirak edilməsi;
- imtahan verəcək şəxslərə elmi-metodik kömək məqsədilə metodik vəsaitlərin və topluların hazırlanmasında iştirak edilməsi;
- səlahiyyətləri daxilində sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
- rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2
Kompüter bacarıqlarına dair tələblər: MS Office proqramlarında işləmə bacarığı
Xüsusi tələblər: Riyazi təfəkkür, analitik düşüncə, komandada işləmək bacarığına, vergi qanunvericiliyi üzrə biliklərə sahib olan ACCA, CFA, PMS sertifikatlı namizədlərə üstünlük veriləcək.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “YÖMİ departamentində böyük məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 10 aprel 2023-cü il tarixinədək göndərə bilərlər.