Bakıda metrostansiyaya xlor dağılıb – VIDEO

Hadisə metronun “Gənclik” stansiyasında baş verib.

TIME BAKU.WS-ə istinadən bildirir ki, stansiyanının vestibülündə bir sərnişinin əlindən içərisində xlor maddəsi olan şüşə balon düşüb. Maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən, balonun düşdüyü yer təmizlənib.

“Daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib. Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur”, – məlumatda bildirilib.

Leave a Reply