Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonunun bir neçə hakim yüksəkliyini nəzarətə götürüb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Yüksəkliklər yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar nəzarətə götürülüb.