Hirkan Milli Parkında yanğın baş verib

Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın hadisəsi baş verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğın söndürülüb və ərazidə növbətçilik təşkil edilib. Yanğın nəticəsində quru ot örtüyü yanıb.

Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır.

Leave a Reply