“Azərsu” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, agentliyin əsasnaməsi və strukturu təsdiq olunanadək “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri fəaliyyətlərini davam etdirəcək.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Leave a Reply