“Yeni doğulmuş qız övladları üçün qutu” layihəsinin icrasına başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi icra olunub. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihə ilkin mərhələdə Şamaxı, Tovuz, Masallı rayonlarını əhatə edib. 

Həmin rayonlarda yeni doğulmuş qız uşaqları olan 90 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunub. 

Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.

Layihənin mərhələli olaraq digər rayonlarda da keçirilməsi planlaşdırılır.

Leave a Reply