Rejissor Türkan Hüseynin çəkdiyi “Sonuncu foto” qısametrajlı filmi Riqa Beynəlxalq Qısa Film Festivalı 2ANNAS-da mübarizə aparacaq.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, film beynəlxlaq müsabiqəyə seçilib və burada ümumilikdə 28 film mükafat üçün yarışacaq.
“Sonuncu foto”da aktyorlar Qorqud Cəfər, İsmail İman, Kənan Məmmədli və Aygün Mirzayeva çəkiliblər. Festival özü isə 8-13 aprel tarixlərində baş tutacaq.