Kiberdələduzlar məhşur şirkətlərin adından istifadə edərək ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara iş tapmağı, passiv gəlir əldə etməyi vəd edən mesajlar göndərir və saxta keçidlər vasitəsilə fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etməyi tələb edirlər.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə inanmamağı, saxta keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.