Hansı gizli bacarığa maliksiniz və ya malik olmaq istərdiniz?

“Bugünün sualı” rubrikasını bərpa etmək qərarına qəldim. Beləliklə, “What’s a secret skill or ability you have or wish you had?”, yəni “Sahib olduğunuz və ya olmasını arzuladığınız gizli bacarıq və ya qabiliyyət nədir?”.

Bu gün artıq dəqiq deyə bilərəm ki, güclü intuisiyam var, çünki bu bacarığımı təkcə mən deyil ailə üzvlərimdə müşahidə edib təsdiqləyiblər.

Lakin sahib olmaq istədiyim bacarıq və ya qabiliyyət fərqlidir. Yəgin ki, peşəmdən irəli gələn bir xüsusiyyətdir, daim hər bir məlumatı dəqiqləşdirib yoxlamaq, istənilən hadisəni 3D formatında görmək kimi bir vərdişim var və şəxsi həyatıma və yaxınlarıma gəldikdə bu məsələ dahada kəskinləşir. Baş verənləri axarına buraxmaq, o gədərdə emosional olmamaq, daha az tərəddüd etmək və daha çox inanmaq istərdim, nə yazıq ki, həyat təcrübəm və təbiətim imkan vermir.

Əsas isə insanların mənim haqqımda düşünüb-danışdıqlarını eşitmək istərdim, “Qadınlar nə istəyir” filminin baş qəhrəmanı kimi. Əminəm ki, gülməli məqamlar çox olardı.

Sizdə şərhlərdə yazın “Sahib olduğunuz və ya olmasını arzuladığınız gizli bacarıq və ya qabiliyyət nədir?”

Leave a Reply