Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu ilə bağlı proqnoz təqim edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda isə geomaqnit sahə sakitdir (+1 Kp).
Kosmik hava proqnozuna əsasən 27 mart – 02 aprel tarixlərində C sinif alışmanın baş vermə ehtimalının 90%, M sinif (R1-R2) 10%, X sinif isə 1% olacağı təşkil edir.
Enerjisi 2 MeV olan elektron selinin 27-29 martda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin (CH HSS – Coronal Hole High Speed Streams) təsirindən yüksək səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Geomaqnit sahənin həftə ərzində aktiv olacağı gözlənilir. Belə ki, 27-28 martda mənfi qütblü CH HSS təsiri nəticəsində Günəş küləyinin sürətinin bir qədər də artacağı proqnozlaşdırılır. 30 mart tarixində isə G1 sinifli maqnit qasırğası gözlənilir.