“DHL Global Forwarding” şirkəti fəaliyyətini dayandırıb?

“DHL Global Forwarding” poçt və logistika şirkəti Azərbaycandakı nümayəndəliyini bağladığını elan edib.

TIME DHL Express şirkətinə istinadən bildirir ki, elan şirkətin “DHL Express” aviadaşıma və kuryerlə çatdırılma şirkətinin tərkibində fəaliyyət göstərməyi ilə bağlıdır.

“”DHL Express” və “DHL Global Forwarding” şirkətləri bir şirkət kimi fəaliyyət göstərəcək. Artıq “DHL Global Forwarding” şirkəti “DHL Express” şirkətinin tərkibində fəaliyyətini davam etdirəcək. Müştərilərin “DHL Global Forwarding” şirkətinə aid olan sifarişlər ilə bağlı birbaşa “DHL Express” şirkətinə müraciət edə bilərlər, biz bu sifarişləri “DHL Global Forwarding”ə yönləndirəcəyik. Birləşirilmiş şirkətin rəhbəri Şaiq Mansurovdur”, – deyə şirkətdən bildiriblər.

“DHL” dünyanın 220-dən çox ölkə və ərazisində fəaliyyət göstərir. DHL dünyanın aparıcı poçt və logistika şirkəti “Deutsche Post DHL Group”-un bir hissəsidir və “DHL Express”, “DHL Parcel”, “DHL e-commerce”, “DHL Global Forwarding”, “DHL Freight” və “DHL Supply Chain” biznes bölmələrini əhatə edir.

“DHL” dəniz, hava, quru daşımalarının sürətli çatdırılması sahəsində fəaliyyət göstərir və bütün dünyada yerləşdirilən nəqliyyat şəbəkəsinə malikir. Eyni zamanda şirkət beynəlxalq poçtun çatdırılması, logistika və təchizat zəncirinin təşkili ilə məşğul olur.

Xatırladaq ki, nizamnamə kapitalı 2 milyon 218 min 660 manat olan “DHL Global Forwarding Azerbaijan” şirkəti 2016-cı ildə qeydiyyatdan keçib.

Leave a Reply