Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 19,7 faiz artıb

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, indiyədək ölkə ərazisində 86.447 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır.

2023-ci ilin yanvar-fevral ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3,1 milyard manatdan artıq olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz çoxdur.

Leave a Reply