Sərnişin tələbatını qarşılamaq üçün dəmiryolunda əlavə reys təyin edilib

Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 mart tarixinə axşam reysi təyin edilir.

Belə ki, sözügedən tarixdə Bakı Dəmiryol Vağzalından axşam saat 17:00-da Ağstafaya yola düşən sürətli qatar saat 21:55-də mənzil başına çatacaq.

Artan tələbatı nəzərə alaraq 20 mart tarixinə Bakı-Ağstafa marşrutu üzrə əlavə reys təyin edilib.

Müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar mənzil başına saat 13:20-də çatacaq.

Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.

Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından onlayn əldə etmək mümkündür.

Leave a Reply