Regionlarda pensiya və müavinətlər nə vaxt ödəniləcək?


Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) mart ayında pensiya və digər sosial ödənişlərin köçürüləcəyi vaxtı açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, DSMF tərəfindən ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının martın 15-də ödənilməsi nəzərdə tutulur.

Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində, yəni martın 17-də tam ödənilməsi planlaşdırılır.

Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Leave a ReplyCancel reply