Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərdədir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.
Dövlətimizin başçısı görüşdə çıxış edib. Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.