“Ali təhsil haqqında” qanun sahənin problemlərini həll edəcəkmi?

Elə adamlar var ki, təhsil aldığı dili bilmir.

TIME Trend-ə istinadən bildirir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.

Nazir bildirib ki, xaricdə təhsilə icazə verildi, indi minlərlə saxta diplomu olan adamlar ortaya çıxır. “Adam öz oxuduğu ixtisas dilini bilmirsə, biz ona niyə diplom verməliyik?! İndi bu cür suallar meydana çıxır. Biz bu haqda ciddi düşünməliyik”, – deyə nazir bildirib

UNEC-in rektoru Ədalət Muradov Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib ki, çoxlu sayda tələbə bu məsələdən əziyyət çəkir.

“Onlarla tələbə mənə müraciət edir ki, nazirlik diplomlarımızı tanımır. Bununla bağlı qanunvericilik sahəsində işlər görülməlidir. Həll olunmadıqda isə vətəndaşı dövlətdən narazı salır. Bir şeyi də qeyd edim ki, biz bu qanunun qəbul olunması üçün biz azı 20 il gecikmişik. Təhsil sahəsində problemlər həll olunmadığına görə, bu gün hətta ölkədə elmə gəlmək istəyənlər də yoxdur”,- deyə deputat bildirib.

Nazirin sözlərinə əsasən, qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehtiyac var.

“Hazırda qəbul sistemi şaquli qəbul sistemidir. “Mahiyyət etibarı ilə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir. O bildirib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox özündən əvvəlki abituriyentin seçiminə görə edir. Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”, – deyə o qeyd edib.

E.Əmrullayev bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsi kifayət qədər əhatəli və ali təhsilin inkişafı ilə bağlı geniş konseptual sənəddir və bir sıra məsələlər var ki, həllini tapmalıdır.

“Doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı ciddi zərurət var. Qanun layihəsində nəzərdə tutulan məsələlərdən biri ikipilləli doktorantura təhsilindən birpilləli səviyyəyə keçilməsi ilə bağlıdır. Bu keçidin elmə təsirini müzakirə etməliyik”, – deyə nazir bildirib.

Leave a Reply