Ombudsman illik məruzəsində əlilliyin qiymələndirilməsində süründürməçilikdən danışıb

Dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir.

TIME Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün Milli Məclisdə 2022-ci il üzrə illik məruzəni təqdim edərkən deyib.

S.Əliyeva qeyd edib ki, eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir.

“Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”, – deyə S.Əliyeva əlavə edib.

O həmçinin qeyd edib ki, əhali ilə birbaşa ünsiyyətə əsaslanan, nöqsan və problemlərin vaxtında aşkar edilməsinə və həllinə imkan verən vətəndaş qəbulları, görüşlər davam etdirilməlidir, ictimai nəzarət institutu gücləndirilməlidir.

“Əminəm ki, əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə illik məruzədə öz əksini tapan təklif və tövsiyələrin ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində öz həllini tapması, insanların layiqli həyat şəraitinin təmin olunmasına, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək”, – deyə o qeyd edib.

Ombudsman məruzəsində onuda qeyd edib ki, vətəndaşlara verilən göndərişlərin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması kimi şablon cavablar verilir və nəticədə əlillik dərəcəsinin qiymətləndirilməsindən imtina edilir.

O həmçinin bildirib ki, Parkinson xəstəsi olan şəxslərin əlillik dərəcəsinin qiymətləndirilməsi müvafiq orqan tərəfindən vaxtında düzgün həyata keçirilmir və insanlar incidilir. Yalnız Ombudsmanın müdaxiləsindən sonra bu cür insanların problemləri həll olunur.

Leave a Reply