Ödəmə terminalından 2 dəqiqəyə 29 min manat oğurlayan şəxs saxlanılıb

Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.

Videogörüntüyə əsasən hadisə yanvar ayında baş verib. Cinayətkar terminalın yerləşdiyi binaya səhər saat 05.19-da sərbəst şəkildə qapıdan girməsinə baxmayaraq qapı 15 saniyə sonra avtomatik bağlanıb və 2 dəqiqə sonra o pulları götürüb, qapını qırıb və qaçıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. 

Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər. 

Leave a Reply