BMT  Təhlükəsizlik Şurasının  terrorçuluqla bağlı qətnamələrinin siyahısı təsdiq edilib

Terrorçuluğun  və  terrorçuluğun  maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə BMT  Təhlükəsizlik   Şurası   tərəfindən  qəbul edilmiş  və  sanksiya tətbiq edilməli fiziki şəxslər  və qurumları müəyyən edən qətnamələrin siyahısı təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nazirlər Kabinetinin Qərarına əsasən “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə “Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin Siyahısı” təsdiq edilmişdir.

Siyahının təsdiq edilməsi ilə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq standartların tətbiqinin effektivliyinin artırılması gözlənilir.

Leave a ReplyCancel reply