Hansı müəssisələr ƏDV-yə sıfır dərəcə ilə cəlb ediləcək?

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən müəssisənin nizamnamə   fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azad edilən əməliyyat kimi deyil, ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb ediləcəkdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişiklik nəticəsində qeyd edilən tarixdən etibarən müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində qoyulan əsas vəsaitlər ƏDV-yə sıfır (0) dərəcə  ilə cəlb ediləcək və həmin əsas vəsaitlərə görə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV əvəzləşdiriləcəkdir.

Leave a Reply