Top 10 ədəbiyyatda və kinoda əksini tapmış psixoloji sindrom

Ədəbiyyat və kino bir-biri ilə sıx bağlıdır.
Bildiyiniz kimi, psixologiyada böyük əsərlərin qəhrəmanlarının adını daşıyan bir sıra pozğunluqlar var.

TIME elmi mənbələrə istinadən bildirir ki, sindromlar daimi olmaqla yanaşı ötəri də ola bilər. Ötəri sindromlar insanlar çətinliyə düşdükləri zaman özlərini büruzə verir.

Otello sindromu

Bu sindromdan əziyyət çəkənlər zinaya aldanma inamında təzahür edən psixozun təhlükəli formasını yaşayırlar. Sindrom tam olaraq 1995-ci ildə çəkilmiş “Otello” filmində əks olunub.

Dorian Qrey sindromu

Bu insanlar özlərinin fiziki cəlbediciliyinə manyakcasına inanırlar və bədən dismorfofobiyasından əziyyət çəkirlər. Sindrom 2009-cu ildə çəkilmiş “Dorian Grey” filmində əksini tapıb.

Zoluşka kompleksi

Burada əsas problem qadının şüuraltı olaraq müstəqillikdən qorxduğu bir vəziyyətdir. Kompleksin özəllikləri 1947-ci ildə geniş auditoriyaya təqdim edilmiş “Zoluşka” filmində əks olunub.

Yatmış Gözəl sindromu

Bu həftələrlə davam edən həddindən artıq yuxululuq ilə xarakterizə olunan nadir nevroloji xəstəlikdir. Sindrom 1958-ci ildə işıq üzü görmüş “Yatmış Gözəl” filmində təsvir edilib.

Piter Pan sindromu

Piter Pan sindromuna məruz qalanlar sadəcə olaraq böyüməkdən imtina edirlər. Sindrom 2003-cü ildə çəkilmiş “Piter Pan” filmində əks edilib.

Münxauzen sindromu

İnsanların başqalarını aldadaraq, onların bir xəstəliyi olduğuna inandıraraq, özlərində simptomlara səbəb olan saxta bir xəstəlik Münxauzen sindromu adlandırılır. Tam dəqiqliyi ilə sindrom 1979-cu ildə çəkilmiş “Eyni Münxauzen” filmində təsvir edilib.

Alisa möcüzələr ölkəsində sindromu

Bu sindromun özəllikləri 1981-ci ildə çəkilmiş “Alisa möcüzələr ölkəsində” filmində göstərilib. Sindromdan əziyyət çəkən insanların qavrama ilə bağlı ciddi problemləri var: onlar ətrafdakı əşyaları və insanları inanılmaz dərəcədə kiçik və ya qorxulu dərəcədə böyük görürlər.

Rapunzel sindromu

Sindromdan əziyyət çəkənlər uzun saçlarını yeyirlər. Psixoloji pozuntu 2010-cu ildə işıq üzü görmüş “Rapunzel. Qarışıq hekayə” filmində təsvir edilib.

Madam Bovari sindromu

Bu sindroma tutulmuş insanlar həyatlarını dəyişdirəcək, onları rutin və problemlərdən xilas edəcək mükəmməl insanın gələcəyi fikri ilə yaşayırlar. Sindrom 2014-cü ildə çəkilmiş “Madam Bovari” filmində əks olunub.

Dəli papaqçı sindromu

Bu sindromun danışiq adı insanlar arasında qəbul edilmiş civə ilə zəhərlənmədən əziyyət çəkən xəstələrin halını təsvir edir. Bir zamanlar keçə emal etmək üçün civə istifadə olunurdu, buxarları halüsinasiyalar, titrəmələr və yaddaş itkisinə səbəb olurdu. Bu xüsusiyyətlərə malik olan qəhrəman
2010-cu ildə təqdim edilmiş “Alisa möcüzələr ölkəsində” filmində göstərilib.

Leave a Reply