Peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta təcrübələri müzakirə edilib  

Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının  dəstəyi ilə 20-24 fevral 2023-cü il tarixlərində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə Latviya və Polşadan olan mütəxəssislərin onlayn ekspert müzakirəsi aparılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müzakirə əməyin mühafizəsi və təhlükəsizliyi, bu sahədə standartların hazırlanması, istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi, işçilərin bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası  mövzularında olub. 

Latviya Respublikasının Əməyin Mühafizəsi və Ətraf Mühitin Sağlamlığı İnstitutunun direktoru cənab Ivars Vanadziņs və Polşa Respublikasının Əməyin Mühafizəsi üzrə Mərkəzi İnstitutun baş elmi işçisi xanım Małgorzata Pęciłło müvafiq mövzuda Avropa təcrübəsini bölüşüblər. 

Bu mövzuda ətraflı fikir mübadiləsi aparılıb.

Leave a Reply