Nazir xəbərdarlıq edib və xoş xəbər verib

Bu gün elm və təhsil naziri Emin Əmrullayevin brifinq keçirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, brifinqdə nazir son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artdığını deyib.

Nazir qeyd edib ki, 2014-cü ildə 267 manat olan əməkhaqqı bu il 790 manata çatdırılıb və gələcəkdə bu tenedensiya davam edərək növbəti 4 il ərzində müəllimlərin əməkhaqqında 15% artım gözlənilir.

“2-3 ildən sonra müəllimlərin əməkhaqqısının min manata çatdırılmasl gözlənilir. Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1 195 manat maaş alır”, – nazir əlavə edib.

E. Əmrullayevin dediyinə görə, bu il bütün ölkə üzrə ibtidai sinif müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq.

Nazir sözlərinə əsasən, ölkə üzrə Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.

“Sertifikasiya yalnız müəllimlərin imtahan verməsi yox, həm də onların maaş artımı deməkdir. Sertifikasiya imtahanında əlavə 30 dəqiqə vaxt verilməsi planlaşdırılır”, – deyə o əlavə edib.

Gələcəkm planlar haqda bəhs edərək nazir bildirib ki, Elm və Təhsil Nazirliyinin tərkibində agentliklərin may ayında yaradılması planlaşdırılır. Hazırda agentliklərin yaradılması ilə bağlı işlər davam edir və artıq işlərin böyük bir qismi geridə qalıb.

Universitetlərdə təqaüd yerləri ilə bağlı sualı cavablandıraraq nazir bildirib ki, təqaüd yerlərinin sayı azaldılmayıb.

“Hər iki tələbədən biri təqaüd alır. Əvvəlki illərlə müqayisədə dövlət sifarişli yerlərin sayı artıb. Bu səbəbdən əlavə təqaüdlər azalır, lakin təqaüd alanların sayı azalmayıb”, – deyə nazir əlavə edib.

Nazir həmçinin 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqəli valideynlər tərəfindən pul yığılması məsələsinədə münasibət bildirib.

“Beynəlxalq Qadınlar Günü ilə əlaqəli valideynlər tərəfindən pul yığılması məktəb idarəsində düzgün hal deyil. Valideynlər belə hallarda nazirliyə müraciət etməlidirlər. Nazirliyə şikayət daxil olmalıdır ki, biz bunu araşdıraq. Bəzi hallarda müşahidə edirik ki, pul yığılması heç də hər zaman müəllimlərin təşəbbüsü ilə olmur. Valideynlər də bunu edir”, -deyə nazir bildirib.

Xaricdə oxiyan tələbələrin Azərbaycana köçürülməsi haqda bəhs edərək nazir qeyd edib ki, tələbə yalnız attestatla gedib başqa ölkədə universitetə qəbul edilibsə, daha sonra o Azərbaycanda universitetə köçürülə bilməz.

“Müəyyən edilmiş qəbul qaydaları var. Bu qaydalar nəzərə alınaraq, onlar əgər bu şərtləri ödəmirsə, köçürülmə prossesi edilmir”,- deyə nazir əlavə edib.

Leave a Reply