Malatyada onlarla bina eyni anda uçdu – VİDEO

Malatyanın Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündə zəlzələdə binaların çökməsi kameraya əks olunub.


TIME Haber Global-a istinadən bildirir ki, Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, episentri Malatyanın Yeşilyurt rayonu olan 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Malatya ilə yanaşı Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub. Malatyada zəlzələ nəticəsində bəzi ziyanlı binalarda çökmələrin meydana gəldiyi öyrənilib.

Görüntülərdə onlarla binanın uçmasından sonra toz buludunun səmanı bürüdüyü anlar olub. Digər tərəfdən, yeraltı təkandan sonra vətəndaşlar meydanlara toplaşıb.

Leave a Reply