Əlavə dəyər vergisindən azad edilən məhsulların siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sənədə əsasən, Fərmanın 4-cü hissəsində “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilir.

Həmin Fərmanla təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 44-1-ci və 46-1-ci hissələr əlavə edilir:

44-12835 26 000 0Digər kalsium fosfatları
46-12922 50 000 0Treonin

Beləliklə, Fərmanla təsdiq edilmiş siyahının 1–26 və 44–53-cü hissələri 2023-cü il dekabrın 31-dək qüvvədə olacaq.

Leave a Reply