Türkiyədə FHN-in mobil səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib

Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hospitallarda ötən günlər ərzində ümumilikdə 319-u uşaq olmaqla 1623 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Leave a Reply