Bakıda qız qaçırılması videosu yayılıb

Daxili İşlər Nazirliyi Bakının Binəqədi rayonunda qızın qaçırılması ilə bağlı yayılan videoya münasibət bildirib.

TIME Trend-ə istinadən bildirir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov görüntülərin araşdırıldığını deyib.

Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.

Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib.

Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Xatırladaq ki, “unikal.az” saytında yayılan görüntülərdə qadının zorla bir neçə nəfər tərəfindən qaçırıldığı əks olunub.

Leave a Reply